Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar yarış ərazisinə yaxın yerləşən bəzi ümumtəhsil məktəblərində dərslər onlayn formatda təşkil olunacaq.

Məlumata görə, qərar Formula 1 yarışlarının keçirildiyi günlərdə paytaxtın mərkəzi hissəsində nəqliyyatın hərəkətində yaranacaq dəyişikliklər və məhdudiyyətlər nəzərə alınaraq qəbul edilib.

Yarış marşrutunun yaxınlığında yerləşən məktəblərdə şagirdlərin tədris prosesinin fasiləsiz davam etdirilməsi məqsədilə dərslərin məsafədən keçirilməsi nəzərdə tutulur.

Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində də müvəqqəti dəyişikliklər tətbiq olunacaq.

Sakinlərə və sürücülərə yarış günlərində əvvəlcədən alternativ hərəkət marşrutlarını nəzərə almaq tövsiyə edilir.