Sentyabrın 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
Hadisədən dərhal sonra Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə birgə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlayıblar. Vəziyyət nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yaşayan sakinlər ərazidən təxliyə ediliblər.
Rəsmi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin yaşayış evlərinə ziyan dəymədiyi bildirilir.
Hazırda aidiyyəti qurumlar ərazidə işlərini davam etdirirlər. Hadisənin səbəbləri araşdırılır.