Sentyabrın 16-da günün ikinci yarısından etibarən Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin pisləşəcəyi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan yağışları, şimşək çaxması və dolu gözlənilir.

Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artması ehtimal olunur. Bakı və Abşeron yarımadasında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Paytaxtda gündüz temperaturunun 28–33 dərəcə, ölkənin bəzi rayonlarında isə 35 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.