Azərbaycanda yaxın günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 26–29 avqust tarixlərində ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.

Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Yağıntılarla əlaqədar bəzi çaylarda suyun səviyyəsinin artması, ayrı-ayrı dağ çaylarında isə qısamüddətli sel hadisələrinin baş verməsi istisna olunmur.

Bununla yanaşı, ölkə ərazisində havanın temperaturunun əvvəlki günlərlə müqayisədə tədricən 4–8 dərəcə aşağı düşəcəyi gözlənilir.

Sakinlərə dəyişkən hava şəraitini nəzərə almaları və xüsusilə dağlıq ərazilərdə ehtiyatlı olmaları tövsiyə edilir.