Bakı Metropolitenində “İçərişəhər” və “Həzi Aslanov” stansiyaları arasında birbaşa qatar hərəkətinin bərpası planlaşdırılır.
“Həzi Aslanov” stansiyasında təmir işləri başa çatdıqdan sonra qatarların hərəkətinin əvvəlki rejimə qaytarılması gözlənilir. Bu, sərnişinlərin son stansiyalar arasında qatarlardan istifadə edərək birbaşa, yəni əlavə keçid etmədən hərəkət etməsinə imkan verəcək.
Birbaşa hərəkət bərpa olunduqdan sonra “Həzi Aslanov”–“Əhmədli” sahəsində müvəqqəti tətbiq edilən məkik hərəkət rejiminin də dəyişdirilməsi gözlənilir.