Azərbaycan millisinin üzvləri Əli ƏliyevBanuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatının 1/4 finalına vəsiqə qazanıblar.

50 kq çəki dərəcəsində mübarizə aparan Əli Əliyev Slovakiya təmsilçisi Adrian Zameçikini 5:0 hesabı ilə məğlub edib. Azərbaycanlı boksçu avqustun 18-də keçiriləcək 1/4 final görüşündə irlandiyalı Kristian Cubani ilə qarşılaşacaq.

48 kq çəki dərəcəsində çıxış edən Banuçiçək Nəsirli isə Yunanıstan təmsilçisi Angeliki Petrula Sduga üzərində qələbə qazanıb. Onun növbəti döyüşü avqustun 17-də polşalı Katarjina Qornişeviç ilə olacaq.

Hər iki idmançımıza növbəti mərhələdə uğurlar arzulayırıq!