Almaniyanın Lufthansa aviaşirkətinə məxsus, Frankfurt–Dehli marşrutu üzrə LH760 reysini həyata keçirən təyyarə Bakıda məcburi eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına görə, avqustun 25-də axşam saatlarında hava gəmisinin kapitanı təyyarədə yaranmış texniki nasazlıq səbəbindən məcburi eniş üçün icazə istəyib.
Boeing 787 tipli təyyarə Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Aeroportun müvafiq xidmətləri hava gəmisinin təhlükəsiz qəbulu üçün zəruri tədbirlər görüblər.
Rəsmi məlumata əsasən, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.
Hadisə ilə bağlı məlumat Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti tərəfindən yayılıb.