Azərbaycan və Asiya İnkişaf Bankı ölkənin nəqliyyat infrastrukturunun gələcək inkişafını müzakirə edib. Görüşdə dəmir yolu şəbəkəsinin, metronun və nəqliyyat sisteminin digər sahələrinin modernləşdirilməsi və rəqəmsallaşdırılması, həmçinin karbon emissiyalarının azaldılması məsələləri diqqət mərkəzində olub.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin məlumatına görə, tərəflər hava və dəniz nəqliyyatı, eləcə də kosmik sahədə həyata keçirilə biləcək layihələrin maliyyələşdirilməsi imkanlarını da nəzərdən keçiriblər.
Asiya İnkişaf Bankı ilə əməkdaşlıq nəqliyyatla yanaşı, energetika, su təchizatı və özəl sektorun inkişafı kimi istiqamətləri də əhatə edir.