«Qarabağ» və «Neftçi» komandaları arasında keçirilən futbol qarşılaşması ictimai asayişin pozulması cəhdləri ilə müşayiət olunub. Polis matçdan əvvəl və sonra insidentlər törətməyə cəhd göstərən 19 nəfərin şəxsiyyətini müəyyən edərək onları saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
KİV-in məlumatlarına əsasən, stadionun yaxınlığında fişənglərdən, pirotexniki vasitələrdən və şüşə əşyalardan istifadə olunması ilə bağlı da asayiş pozuntuları baş verib. Məlumatlara görə, azarkeşlərdən biri xəsarət alıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Mənbə: APA, DİN