SOCAR beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığını genişləndirir. Şirkət II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bir sıra mühüm sazişlər imzalayıb.

Yeni razılaşmalar arasında SOCAR, XRG və TotalEnergies-in “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarı xüsusi yer tutur. Bundan başqa, ExxonMobil, Comstock Resources, Apollo, SEFE və VNG ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq sənədləri imzalanıb.

Razılaşmalar təbii qaz və LNG, enerji infrastrukturu, hasilat layihələri və beynəlxalq investisiyalar kimi sahələri əhatə edir. SOCAR həmçinin Kot-d’İvuardakı “Baleine” neft-qaz layihəsində 10 faizlik payın alınması üzrə əməliyyatın tamamlandığını açıqlayıb.