Beynəlxalq rəqəmsal platformalar Spotify və TikTok Azərbaycanda rəsmi olaraq vergi uçotuna alınıb. Şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı ildən qüvvəyə minib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, elektron qeydiyyat sistemi vasitəsilə İsveçin “Spotify AB” və Sinqapurun “TikTok Pte. Ltd.” şirkətləri qeydiyyatdan keçib.

Qeydiyyatdan sonra bu şirkətlərin rəqəmsal xidmətlərinə görə ödənişlər zamanı ƏDV banklar tərəfindən tutulmayacaq. Spotify və TikTok vergini özləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidirlər.

Yeni mexanizm rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması sahəsində həyata keçirilən dəyişikliklərin bir hissəsidir. Azərbaycandakı istehlakçılara rəqəmsal xidmət göstərən xarici şirkətlər üçün müəyyən edilmiş illik dövriyyə həddi keçildiyi halda elektron vergi qeydiyyatı məcburi hesab olunur.