İsveçrənin SWISS aviaşirkətinə məxsus, Sürixdən Şanxaya uçan təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən Bakıda məcburi eniş edib.

Hadisə oktyabrın 19-da baş verib. SWR-188 reysinin komandiri Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib. Airbus A350-900 tipli təyyarə yerli vaxtla saat 19:21-də uğurla eniş edib.

Enişdən sonra aeroport əməkdaşları sərnişinə ilkin tibbi yardım göstəriblər. Onun səhhətində yaranan problemin xarakteri və hazırkı vəziyyəti barədə məlumat verilməyib.

Şanxaya uçuşun davam etdirilməsi ilə bağlı qərarı hava gəmisinin komandiri verməlidir. Hadisə barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.