Yeni tədris ilində distant təhsil modeli ucqar kəndlərdə yerləşən 48 məktəbi əhatə edib. Dəyişikliklər təxminən 1200 şagirdi əhatə edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sözlərinə görə, ötən tədris ilində bu model yalnız 8 məktəbdə tətbiq olunurdu.
Yeni model müəllim təminatında çətinliklərin yaşandığı ucqar yaşayış məntəqələrində tədrisin təşkilinə imkan verir. Məktəblər onlayn dərslərin keçirilməsi üçün kompüter və digər zəruri texniki avadanlıqlarla təmin olunur.
Bunun sayəsində şagirdlər öz məktəblərindən onlayn dərslərə qoşularaq müəllimlərlə distant formada təhsil ala bilirlər.
Müasir təhsil texnologiyalarının tətbiqinin ucqar ərazilərdə yaşayan uşaqlar üçün keyfiyyətli təhsilə çıxış imkanlarını genişləndirəcəyi gözlənilir.