Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Azərbaycana səfər edib.

Viktor Yuşşenkonun Bakıya gəlməsi barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev məlumat verib.

Diplomat Ukraynanın sabiq dövlət başçısını Bakıda qarşıladığını bildirərək, ölkənin üçüncü prezidentini salamlamağın onun üçün böyük şərəf olduğunu qeyd edib.

Viktor Yuşşenko 2005–2010-cu illərdə Ukrayna prezidenti vəzifəsində çalışıb.

Hazırda Viktor Yuşşenkonun Azərbaycana səfərinin proqramı və məqsədi barədə ətraflı rəsmi məlumat açıqlanmayıb.