Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Xəzər dənizinin gələcəyi və iqlim dəyişikliklərinin regiona təsiri əsas müzakirə mövzularından birinə çevrilib.

Müzakirələr zamanı Xəzərdə su səviyyəsinin dəyişməsinin ekosistemə, sahilyanı ərazilərə, şəhərlərə, infrastruktura, nəqliyyata və iqtisadi fəaliyyətə mümkün təsirləri nəzərdən keçirilib. Görüşlərdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və ekspert dairələrinin nümayəndələri iştirak ediblər.

Mütəxəssislər Xəzər dənizində baş verən dəyişikliklərin yalnız ekoloji məsələ olmadığını, bunun sahilyanı yaşayış məntəqələri və regionun gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıdığını bildirirlər.

Bakıda keçirilən tədbirlərdə iqlim dəyişikliklərinə uyğunlaşma, davamlı şəhərlərin inkişafı, kənd təsərrüfatı və yeni texnologiyaların tətbiqi kimi məsələlər də diqqət mərkəzindədir.

SC Media | 9 sentyabr 2026