Sentyabrın 10-da Bakının Yasamal rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Məhdudiyyət transformator məntəqəsində aparılacaq planlı təmir işləri, eləcə də elektrik xətlərinə toxunan yaşıllıqların budanması ilə əlaqədardır.

“Azərişıq”ın məlumatına görə, işlərin saat 10:00-dan 13:00-dək davam etməsi nəzərdə tutulur. Məhdudiyyət Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nazim Hikmət, Vasif Əliyev və Zaur Kərimov küçələrini, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsini əhatə edəcək.

İşlər başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.

SC Media | 10 sentyabr 2026