Sentyabrın 15-də Azərbaycanda 2026/2027-ci tədris ili başlayıb. Bu gündən etibarən ölkənin bütün ümumi təhsil müəssisələrində dərslərə start verilib.
Mövcud məlumatlara görə, yeni tədris ilində təxminən 2,2 milyon şagird təhsil alacaq. 130 mindən çox uşaq isə ilk dəfə məktəbə qədəm qoyaraq birinci sinifdə təhsilə başlayacaq.
Yeni tədris ilinin başlaması ənənəvi olaraq paytaxtın nəqliyyat sistemində hərəkətin intensivləşməsi ilə müşayiət olunur. Səhər saatlarında Bakının bir sıra əsas küçə və prospektlərində, o cümlədən Bakı–Sumqayıt istiqamətindən “20 Yanvar” metro stansiyasına doğru olan yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.
SC Media bütün məktəbliləri, tələbələri, müəllimləri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edir.