Yunanıstan Azərbaycandan təbii qaz alışını əhəmiyyətli dərəcədə artırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyul aylarında Yunanıstana 603,9 milyon kubmetr təbii qaz ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 16% çoxdur.

İxrac edilən qazın dəyəri 321,6 milyon ABŞ dollarına çatıb və 15,6% artıb. Müqayisə üçün, 2025-ci ilin yanvar–iyul aylarında Yunanıstana 520,5 milyon kubmetr qaz ixrac edilmişdi və onun dəyəri 278,1 milyon dollar təşkil etmişdi.

Azərbaycan qazı Yunanıstan bazarına Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə çatdırılır. Bakı ilə Afina arasında enerji əməkdaşlığı ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olaraq qalır.

Tədarükün artması Avropa enerji bazarında Azərbaycan qazına tələbatın davam etdiyini və ölkənin Avropanın qaz təchizatı marşrutlarının şaxələndirilməsində rolunu göstərir.